Fransa millisinin sabiq müdafiəçisi, 1998-ci il dünya çempionu Biksant Lizarazyu dünya çempionatında Fransa ilə İngiltərə arasında keçiriləcək 3-cü yer uğrunda oyunun əhəmiyyətini şübhə altına alıb.
Onun fikrincə, bu qarşılaşmanın xüsusi idman dəyəri yoxdur və futbolçular üçün belə matça köklənmək olduqca çətindir: “Bu, Olimpiya Oyunları deyil, burada qızıl, gümüş və bürünc medallar olmur. Hətta ikinci yeri tutmaq belə sadəcə görüntüdən ibarətdir!”
Lizarazyu hesab edir ki, İspaniyaya yarımfinalda məğlub olduqdan sonra Fransa millisinin psixoloji cəhətdən toparlanması çox çətin olacaq: “İspaniyaya məğlubiyyətdən sonra bu, psixoloji baxımdan çox çətin oyun olacaq. Finala çıxmaq ümidi ilə yaşayan komanda üçün bu məğlubiyyət çox ağır zərbə idi. İngiltərə ilə oyuna motivasiya tapmaq asan olmayacaq. Bu qarşılaşma demək olar ki, əsl işgəncədir!”
Fransa ilə İngiltərə arasında 3-cü yer uğrunda görüş iyulun 19-da Mayamidəki “Hard Rok” stadionunda keçiriləcək. Hakimin start fiti Bakı vaxtı ilə saat 01:00-da səslənəcək.
