Bakıda “Neftçi” və Belarusun “Dinamo” (Minsk) komandaları arasında təşkil ediləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununu Kiprdən olan hakimlər briqadası idarə edəcək.
Futbolinfo.az xəbər verir ki, qarşılaşmanın baş hakimi FIFA referisi Konstantinos Fellas olacaq.
Ona Marios Kaloqirou və Giorgios Çaralampous köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Konstantinos Neofytou yerinə yetirəcək.
Xatırladaq ki, iyulun 22-də “Palms Sports Arena”da baş tutacaq “Neftçi” – “Dinamo” matçı saat 20:00-da start götürəcək. Cavab görüşü iyulun 30-da keçiriləcək.
