“Neftçi”nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi Minsk “Dinamo”su Bakıya yollanıb.
Futbolinfo.az Belarus mətbuatına istinadən xəbər verir ki, komanda ölkəmizə gəlmək üçün uzun məsafə qət etməli olub. Belə ki, Bolqarıstanın Stara Zaqora şəhərində təlim-məşq toplanışında olan “Dinamo” oradan 365 km məsafədə olan İstanbula avtobusla gedib, oradan isə təyyarə ilə Bakıya uçub.
“Dinamo”nun yeni transferləri Daniil Duşevski və Rayan Gibero komandaya məhz paytaxtımızda qoşulacaqlar.
Qeyd edək ki, iyulun 22-də keçiriləcək “Neftçi” – “Dinamo” oyunu saat 20:00-da başlayacaq.
