Niderland millisinin sabiq futbolçusu Mark van Bommel Belçika yığmasının yeni baş məşqçisi olacaq.

Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, tərəflər təyinatla bağlı tam razılığa gəliblər və yalnız rəsmi sənədlərin imzalanması qalıb. Müqavilənin 2028-ci ilə qədər nəzərdə tutulduğu bildirilir.

Belçika Futbol Federasiyası daha əvvəl açıqlamışdı ki, iyulun 31-də başa çatacaq müqavilədən sonra hazırkı baş məşqçi Rudi Qarsiya ilə əməkdaşlığa son qoyulacaq.

Belçika millisi 2026-cı il dünya çempionatında 1/4 finala qədər irəliləmiş, bu mərhələdə İspaniyaya 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırmışdı.

Shares: