“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Payde”yə qarşı keçirəcəkləri ilk oyun haqda danışıb.

Futbolinfo.az xəbər verir ki, mütəxəssis səfər matçından öncə keçirilən mətbuat konfransında komandasını gərgin oyunun gözlədiyini deyib:

“Hər iki komanda növbəti mərhələyə yüksəlmək istəyir. İlk oyun çox önəmlidir. Rəqib evdə oynayır, qələbə qazanmağa çalışacaq. Bizim də öz istəklərimiz var. “Payde” avrokuboklarda təcrübəli komandadır. Sabah bizi maraqlı və gərgin oyun gözləyir”.

O, 1-ci təsnifat mərhələsindəki rəqibləri “Torpedo” ilə “Payde” arasındakı fəqlərdən də söz açıb:

“Rəqiblərin oyun fəlsəfələri arasında oxşarlıqlar var. Hər iki komanda topla oynamağa üstünlük verir, standart vəziyyətlərdə təhlükəlidirlər. Bizim yaxşı formada olmağımız çox önəmli olacaq. Çalışacağıq ki, rəqibin oyununu pozaq”.

Shares: