“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində Belarus “Dinamo”su ilə ev oyununun statistikası açıqlanıb.
Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakı klubu 2:4 hesabı ilə məğlub olduğu görüşün bir çox məqamlarında rəqibindən geri qalıb.
Belə ki, minsklilər qapıya zərbə sayında da üstün olublar. Onların “çərçivə”yə düşən 9 cəhdindən 4-də toru silkələmək mümkün olub. “Neftçi” isə 4 zərbədən 2-də fərqlənib.
“Neftçi” – “Dinamo”
Qollar – 2:4
Zərbələr – 13:16
“Çərçivə”yə zərbələr – 4:9
“Çərçivə”yə düşməyən zərbələr – 8:6
Bloklanan zərbələr – 1:1
Künc zərbələri – 5:3
Oyundankənar vəziyyət – 0:2
Sarı vərəqələr – 1:1
Cərimə zərbələri – 12:9
