2026-cı il dünya çempionatında Argentina millisinin turnirdən kənarlaşdırılması tələbi ilə başladılan petisiyaya 23 316 108 nəfər imza atıb. Bu barədə “Yahoo Canada Sports” məlumat yayıb.

Mənbənin məlumatına görə, petisiya imza sayına görə Ginnesin Rekordlar Kitabına düşməyə çox yaxın olub. Rekord hələ də 1997-ci ildə ən yoxsul ölkələrin borclarının silinməsi tələbi ilə keçirilən “Jubilee 2000” kampaniyasına məxsusdur. Həmin təşəbbüsə 24 319 181 nəfər dəstək verib.

Petisiya müəllifləri FIFA və hakimlər korpusunu Lionel Messi və Argentina millisinin xeyrinə qərəzli davranmaqda ittiham ediblər. 7 gündən az müddətdə sənədi dünyanın 170 ölkəsinin vətəndaşları imzalayıb.

İmza toplanması DÇ-2026-nın final oyunundan sonra dayandırılıb. Həmin görüşdə İspaniya Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.

Shares: