“Qarabağ”ın qapıçısı Mateus Koxalskinin qol.az saytına müsahibə verib.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

  • UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda SSKA (Bolqarıstan) ilə bərabərə qaldınız (0:0). Görüşlə bağlı fikirləriniz necədir?
  • Çətin oyun alındı. Çox yaxşı komandaya qarşı oynayırdıq. Onlar bütün güclərini meydanda qoydular, bizə qarşı çox yaxşı çıxış etdilər. Biz də qalib gəlmək istəyirdik. Təəssüf ki, alınmadı.
  • İstədiyiniz nəticəni qazanmağınıza nə mane oldu?
  • Müəyyən çatışmazlıqlarımız oldu. Qol epizodlarından faydalana bilmədik. Bu da nəticəyə öz təsirini göstərdi.
  • Cavab matçından gözləntiləriniz?
  • Bəzi şeyləri dəyişməliyik. İkinci matçda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Məqsədimiz səfərdə mərhələ adlamaqdır.
  • Uğurlu nəticə üçün nələri dəyişmək lazımdır?
  • İlk matçda çoxlu top itkilərinə yol verdik. Səfərdə daha diqqətli olmalıyıq. İstənilən halda “Qarabağ” yüksək səviyyəli komandadır və bunu ikinci görüşdə göstərməliyik.
  • Azarkeşlərə nə demək istərdiniz?
  • Ötən ev oyununda olduğu kimi, bu dəfə də azarkeşlər bizə əla dəstək nümayiş etdirdilər. Onları sevindirməyi çox istəyirdik. İnanıram ki, növbəti matçlarda fanatları daha çox sevindirəcəyik.
Shares: