“Cəbrayıl” növbəti mövsümdə I Liqada çıxış etməyəcək. “Araz-Naxçıvan”ın baş məşqçisi Cavid Hüseynovla Şahin Məmmədovun həmtəsisçisi olduğu klub satılıb.
Futbolinfo.az xəbər verir ki, sözügedən şəxslər klubu gəncəli iş adamlarına satıb. Bu gün haqqında məlumat verdiyimiz “Gəncəbasar” məhz “Cəbrayıl”ın hüquqi varisi olacaq. Tərəflər 400 min manata bazarlıq edib. Gəncəli iş adamları hüquqi sənədləri səhmana saldıqdan sonra komandanın adı dəyişdiriləcək.
“Gəncəbasar”ın idarəçiləri də tanıdığımız adamlardır. “Kəpəz”in İdarə Heyətinin sədri olan, ötən mövsümün əvvəlində klubdaxili qarşıdurmadan sonra istefaya gedən Namiq Qədirov yenidən futbola qayıdır. Onunla birlikdə sabiq icraçı direktor İlqar Nadiri də Gəncənin yeni təmsilçisində iş başında olacaq.
