“Qəbələ”dən ayrılan Adriel Ba Luanın yeni klubu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, o, karyerasını Cənubi Koreyada davam etdirəcək.
30 yaşlı yarımmüdafiəçi elita təmsilçisi “Qvanqyu”ya keçib. Bu barədə klubun mətbuaat xidməti məlumat yayb. Tərəflər 1 illik müqaviləyə imza atıblar.
Xatırladaq ki, Ba Lua 2025/2026 mövsümündə “Qəbələ”nin uğurları üçün çalışıb.
