“Zaqatala” baş məşqçisi Rüstəm Məmmədovla yolları ayırıb.
Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Məmmədovla müddəti bitən müqavilə uzadılmayıb.
Qeyd edək ki, “Zaqatala” Rüstəm Məmmədovun rəhbərliyi altında 9 il ərzində 1-ci liqada bir dəfə gümüş, bir dəfə bürünc medal qazanıb.
