“Turan Tovuz” Türkiyə toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, 1-ci Liqa təmsilçisi “Fatih Karagümrük”lə qarşılaşan Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv 1:1 hesablı heç-heçə ilə kifayətlənib.

“Turan Tovuz”un yeganə qoluna İbrahima Vadji imza atıb.

Tovuz komandası daha əvvəl İranın 21 yaşlılardan ibarət yığması ilə üz-üzə gəlib və həmin matç da 1:1 hesabı ilə başa çatıb.

Shares: