“Neftçi”nin qapıçısı Emil Balayevin durumu müəyyənləşib.

Futbolinfo.az saytının məlumatına görə, 32 yaşlı qolkiper UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Minsk “Dinamo”su ilə cavab oyununa hazır olacaq.

Balayev belaruslularla Bakıdakı ilk görüşdə zədələnmiş və fasilədə əvəzlənmişdi. Lakin millimizin qapıçısı qısa müddətdə zədəsini sağaltmağı bacarıb. Kollektiv məşqlərə qoşulan Emilin cavab qarşılaşmasında iştirak ərizəsində olması gözlənilir.

Qeyd edək ki, “Dinamo” ilə “Neftçi” cavab oyunu iyulun 30-da Bolqarıstanın Stara Zaqora şəhərində keçiriləcək. Bakıdakı ilk matçda qonaqlar 4:2 hesablı qələbə qazanıb.

Shares: