İkiqat olimpiya çempionu Yakob İnqebriqtsen sosial şəbəkə hesabında paylaşımı ilə 2026-cı il Avropa Atletika Çempionatında iştirak edəcəyinə işarə vurub.
Norveçli atlet “Birmingem ilin bu vaxtı yaxşı olur, deyirlər” sözlərini zədədən sonrakı bərpa prosesi və yarışlardan görüntülərin yer aldığı videoya əlavə edib. O, həmçinin turnirin rəsmi hesabını da işarələyib.
Qeyd edək ki, Avropa çempionatı avqustun 10-dan 16-dək Birmingemdə keçiriləcək və bu yarış İnqebriqtsen üçün 2025-ci ilin payızından bəri ilk rəsmi start olacaq. Yakob Axill vətərində yaranan problemlərə görə əməliyyat olunmuş və 2025-ci ilin yay mövsümünün böyük hissəsini buraxmışdı.
İnqebriqtsen Olimpiya Oyunlarında 1500 və 5000 metr məsafələrə qaçış yarışlarında uğur qazanıb.
