“Xankəndi” heyətini yeni futbolçu ilə gücləndirib. I Liqa təmsilçisi Rəhman Şabanovla anlaşıb.
Klubun mətbuat xidmətinin məlumatına görə, yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.
Şabanovun son klubu “Zaqatala” olub.
“Xankəndi” yeni mövsümdə I Liqada mübarizə aparacaq.
