Ötən gün avrokuboklarda 2-ci təsnifat mərhələsinin oyunlarında qeydə alınan nəticələrdən sonra ölkələrin UEFA reytinqi yenilənib. Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilib.
Dünən meydana çıxan 3 komandamızdan heç biri mərhələ adlaya bilməsə də, həm “Neftçi”, həm “Qarabağ”, həm də “Zirə” reytinq əldə edib.
“Neftçi” səfərdə Minsk “Dinamo”sunu yenərək (1:0) ölkəmizin hesabına daha 0.250 əmsal əlavə edib. “Qarabağ” ÇSKA ilə (əsas və əlavə vaxtda 0:0 hesabı qeydə alınıb), “Zirə” isə “Payde” ilə görüşdən 0.125 əmsal qoparıb.
Nəticədə cari mövsümdə qazanılan əmsal 2.625-ə yüksəlib. Bunun 1.000 əmsalı “Sabah”ın, 0.750-si “Qarabağ”ın, 0.625-i “Zirə”nin, 0.250-si isə “Neftçi”nin payına düşür.
Hazırda ölkəmizin ümumi xal ehtiyatı 21.187-yə bərabərdir. Qitə sıralamasında 26-cı yerdə olan Azərbaycanın mövqeyi dünənki oyunlardan sonra dəyişməyib. Ən yaxın izləyicimiz Skovakiyanın xal ehtiyatı 19,875-ə bərabərdir. Bir pillə öndə – 25-ci yerdə qərarlaşmış İsrailin isə 22.125 xalı var.
55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (101.852) başçılıq edir.
