Avropa çempionatına hazırlığı davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Yunanıstanda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunlarında qüvvəsini sınayıb.
Futbolinfo.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu komanda Afinada Yunanıstan yığması ilə iki dəfə qarşılaşıb.
Millimiz hər iki oyunda 3:1 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, yığmanın Avropa çempionatına hazırlığının son mərhələsi Bakıda təşkil olunacaq.
