“Əlbəttə, nəticədən razı deyilik. Amma bu, futbolun bir hissəsidir. Bəzən rəqibdən daha yaxşı oynasan da, qalib gələ bilmirsən. Mən onların bizdən üstün olduğunu demirəm, sadəcə bu oyunda belə alındı”. Bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç deyib.
Təcrübəli oyunçu Avropa Liqasında Bolqarıstan ÇSKA-sına məğlubiyyəti şərh edib: “İndi oyunu təhlil etməli və hansı məqamları inkişaf etdirməli olduğumuzu müəyyənləşdirməliyik. Şübhəsiz ki, oyunumuzda daha yaxşı etməli olduğumuz cəhətlər var. Ancaq dediyim kimi, başımızı aşağı salmamalıyıq. Kədərlənmək üçün çox vaxtımız yoxdur. Qarşıda yeni oyunlar var və Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq üçün mümkün qədər tez hazırlaşmalıyıq”.
