Cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının III turu başa çatıb.
Futbolinfo.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirin son günündə 5 çəkidə 154 cüdoçu qüvvəsini sınayıb.
Yarışda ümumilikdə 83 klub və idman cəmiyyətindən 548 cüdoçu (433 oğlan, 115 qız) iştirak edib.
Mükafatçıları təqdim edirik:
Qızlar
48 kq
- Fatimə Fərmanzadə (RKİM)
- Gilas Hüseynova (RKİM)
- Mədinə Hüseynova (Saray İK)
- Fatimə Muradlı (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
63 kq
- Zilan Hüseynli (Şağan OİK)
- Səma Vəlizadə (Neftçi Sumqayıt)
- Mələk Nəcəfova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
- Nəzakət Vəliyeva (Qədiroğlu İK)
Oğlanlar
60 kq
- İlham Əlizadə (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
- Muhəmməd Səttarov (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)
- Ayxan Abbaszadə (Goranboy UGİM)
- Əli Əlizadə (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
81 kq
- Məhəmmədəli Mehdi (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
- Nemət Ələsgərov (Qəbələ İK şəhər)
- Oktay Bəndəliyev (Arifoğlu İK)
- Ömər Atayev (Judo Club 2012)
+90 kq
- Baxış Əhmədov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
- İdris Xanbalayev (Ordu İdman Klubu)
- Nazim Ağayev (FHN İSK)
- Ruslan Kazımlı (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
