Portuqaliyada Superkubok oyunu ilə yeni mövsümün açılışı baş tutub.

Görüşün taleyini bir qol həll edib. “Portu” “Torreense”ni ilk yarının sonlarında fərqlənən Viktor Froholdtun qolu ilə yenib.

Beləliklə, “Portu” tarixi ərzində 25-ci dəfə Portuqaliya Superkubokunu qazanıb ki, bu da rekorddur. Sözügedən yarışda “Benfika”nın 10, “Sportinq”in isə 9 qələbəsi var.

Xatırladaq ki, “Portu” Portuqaliya çempionatının, “Torreense” isə Portuqaliya Kubokunun son qalibidir.

Shares: