“Böyük Dəbilqə” seriyalı turnirlərin 7 qat qalibi olan 46 yaşlı amerikalı tennisçi Venus Uilyams bu il 10-cu məğlubiyyəti ilə üzləşib. O, Kanadanın Toronto şəhərində təşkil olunan WTA-1000 turnirinin ilk mərhələsində Özbəkistan təmsilçisi Kamilla Raximovaya 4:6, 1:6 hesabı ilə uduzub.
Venus son qələbəsini bir il əvvəl Vaşinqtonda təşkil olunan WTA-500 turnirinin ilk mərhələsində həmyerlisi Peyton Störnsi məğlub edərək qazanmışdı. Beləliklə, amerikalı veteran tennisçinin WTA turnirlərində məğlubiyyət seriyası 10 oyuna çatıb.
Toronto turniri avqustun 13-dək davam edəcək, yarışın son çempionu isə kanadalı Viktoria Mbokodur.
