Voleybol üzrə Polşa millisi kişilər arasında Millətlər Liqasında titulunu qoruyub. Polşalı voleybolçular finalda ABŞ yığmasını 3:2 (25:21, 23:25, 25:27, 25:23, 15:10) hesabı ilə məğlub edərək qızıl medallara və çempionluq kubokuna sahib çıxıblar.

Bu, şərqi avropalıların Millətlər Liqasındakı tarixində üçüncü çempionluğu olub. Komanda bu göstərici ilə iki dəfə uğur qazanan Fransa və Rusiyanı geridə qoyaraq turnirin ən uğurlu kişi yığmasına çevrilib.

Polşanın cinah hücumçusu Tomaş Fornal isə karyerasında ilk dəfə beynəlxalq turnirin ən dəyərli oyunçusu (MVP) seçilib.

Xatırladaq ki, Millətlər Liqası 2018-ci ildən keçirilir. Bu turnir Beynəlxalq Liqanın sələfidir.

Shares: