Bu gün avrokuboklarda pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.
İsveçrənin Nyon şəhərində reallaşacaq UEFA Çempionlar Liqasının püşkü Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. 2 saat sonra Konfrans Liqasındakı təmsilçimiz potensial rəqibini tanıyacaq.
Püşk zamanı “Orhus” (Danimarka) – “Sabah” cütünün qalibinin də rəqibinin kimliyinə aydınlıq gələcək. Bu cütlük səpələnməmişlər səbətində yer alıb. Rəqib səpələnmişlər səbətində yer alan bu komandalardan biri olacaq:
“Hapoel” (Beer-Şeva, İsrail) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Kauno Jalgiris” (Litva) cütünün qalibi
“Seltik” (Şotlandiya)
“Myölbü” (İsveç) – “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi
AEK (Afina, Yunanıstan)
“Dinamo” (Kiyev, Ukrayna) – “Qarabağ” (Azərbaycan) cütünün qalibinin də rəqibi müəyyənləşəcək. Ağdam təmsilçisinin yüksək reytinqi səbəbindən bu cütlük səpələnmişlər səbətində yer alacaq.
Artıq UEFA mümkün rəqiblərin sayınl azaldıb. Rəqib səpələnməmişlər səbətindəki bu komandalardan biri olacaq:
“Xetafe” (İspaniya)
“Tvente” (Niderland) – DAC 1904 (Slovakiya) cütünün qalibu
“Beytar” (İsrail) – “Austriya” (Vyana, Avstriya) cütünün qalibi
“Makkabi” (Tel-Əviv, İsrail) – ÇSKA (Sofiya, Bolqarıstan) cütünün məğlubu
Qeyd edək ki, ÇL-də pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə 25-26 avqustda keçiriləcək. Konfrans Liqasının ilk oyunları avqustun 20-də, cavab görüşləri isə 27 avqustda baş tutacaq.
