“Mersedes”in icraçı direktoru Toto Volf Formula-1 pilotlarının təhsili barədə maraqlı fikirlər səsləndirib. O, həmçinin gənc pilot Andrea Kimi Antonellinin uğurlarının onun xarakterinə təsir edib-etməyəcəyinə münasibət bildirib.
Volf fikrini belə izah edib: “Üç ildən sonra nə baş verəcəyini bilmirik. Amma məncə, Andreanın xarakteri dəyişməyəcək, çünki çox yaxşı tərbiyə alıb. Hansı Formula 1 pilotu məktəbi bitirmə imtahanı verib? Heç olmasa, birinin adını çəkin. Belə pilot yoxdur. Onun valideynləri deyirdilər: “Kartinq yarışından sonra bazar ertəsi mütləq məktəbə gedəcəksən”. Biz də komandada çalışırıq ki, onu düzgün istiqamətləndirək və uğurları artdıqca ayaqlarının yerdən üzülməsinə imkan verməyək”.
Hazırda 19 yaşı olan italiyalı pilot Formula 1-də ikinci mövsümünü keçirir və çempionatın lideridir.
