“Denver Naqqets”də çıxış edən serbiyalı ulduz basketbolçu Nikola Yokiç 2027-ci ilin yayında sərbəst agent statusu alacağı halda MBA tarixinin ən bahalı müqaviləsinə imza ata bilər.

ESPN-in maaş və müqavilələr üzrə eksperti Bobbi Marksın hesablamalarına görə, yeni sazişin dəyəri 359,5 milyon ABŞ dolları təşkil edəcək. Bu reallaşarsa, Yokiçin karyerası ərzində meydanda əldə etdiyi ümumi gəlir 724 milyon dollara yüksələcək.

Xatırladaq ki, Nikola ötən mövsüm müntəzəm çempionatda 65 oyunda meydana çıxıb. O, hər görüşdə orta hesabla 27,7 xal, 12,8 ribaund, 10,7 məhsuldar ötürmə ilə yadda qalıb.

Shares: