Qadınların Milli Basketbol Assosiasiyasında (WNBA) 2028-ci ildə debüt edəcək Klivlend təmsilçisinin adı rəsmən açıqlanıb. Yeni komanda “Klivlend Sayrens” adlanacaq.
Klub rəhbərliyi 1997-2003-cü illərdə WNBA-də çıxış etmiş “Klivlend Rokers” brendini bərpa etməmək qərarına gəlib və yeni komanda üçün fərqli ad seçib. “Klivlend Sayrens” ev oyunlarını MBA təmsilçisi “Klivlend Kavalyers” klubunun da çıxış etdiyi “Rocket Arena”da keçirəcək.
“Sayrens” WNBA-nın genişlənmə proqramı çərçivəsində liqanın 16-cı komandası olacaq. Yaxın illərdə liqaya Detroyt və Filadelfiyadan olan yeni komandaların da qoşulması planlaşdırılır.
