“Qarabağ” bu gün növbəti avrokubok oyununa çıxacaq.
Futbolinfo.az xəbər verir ki, Avropa Liqası ilə vidalaşan Azərbaycan təmsilçisi mübarizəni Konfrans Liqasında davam etdirir.
Qurban Qurbanovun rəhbərlik etdiyi komanda bu turnirin 3-cü təsnifat mərhələsi çərçivəsində Kiyev “Dinamo”su ilə qarşılaşacaq.
Ukrayna nəhəngi ilə ilk görüş Polşada baş tutacaq. Matçı danimarkalı hakimlər briqadası idarə edəcək.
Cavab oyunu gələn həftə Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cütün qalibi növbəti raundda “Tvente” (Niderland) – “Dunayska Streda” (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.
Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunu
6 avqust
Dinamo (Kiyev) – Qarabağ 0:0 (1-ci hissə)
Baş hakim: Morten Kroq (Danimarka).
Polşa. “Motor Lyublin Arena”.
Dinamo: 71 Surkis, 5 Sych, 94 Kedziora, 32 Mıxavko, 44 Dubinçak (k), 6 Brajko, 15 Rubçinski, 39 Gerrero, 21 Lonveyk, 70 Reduşko, 11 Ponomarenko.
Ehtiyat oyunçular: 35 Neşçeret, 43 Olxovıy, 7 Yarmolenko, 8 Pıxalyonok, 9 Voloşın, 10 Şaparenko, 18 Tımçik, 22 Kabayev, 29 Buyalski, 40 Bilovar, 66 Tiare, 99 Mounqenqe.
Baş məşqçi: İqor Kostyuk.
Qarabağ: Mateuş Koxalski, Elvin Cəfərquliyev, Bense Varkonyi, Mateus Silva, Cebrail Makretskis, Marko Yankoviç, Pedro Bikalyo, Renaldo Sefas, Abdullah Zubir (k), Jali Muaddib, Aleksey Kaşuk.
Ehtiyat oyunçular: Şahruddin Məhəmmədəliyev, Martin Zlomisliç, Bruno Lanqa, Joni Montiel, Bəhlul Mustafazadə, Kadi Borges, Musa Qurbanlı, Hikmət Cəbrayılzadə, Əli Bəşirob, Bədavi Hüseynov, Samuel Lobato.
Baş məşqçi: Qurban Qurbanov.
