“Qarabağ”ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində Ukrayna “Dinamo”su (Kiyev) ilə səfər oyununun statistikası açıqlanıb.
Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan klubunun 0:1 hesabı ilə məğlub olduğu matçda nəticəni ədalətli saymaq olar.
Ən azı statistik göstəricilər belə düşünməyə əsas verir. Çünki qapı istiqamətinə və “çərçivə”yə zərbələrdə kiyevlilər üstün olub. “Qarabağ”ın əsas üstünlüyü künc zərbələrinin sayındadır.
Dinamo (Kiyev) – Qarabağ
Qollar – 1:0
Zərbələr – 11:8
“Çərçivə”yə zərbələr – 3:2
“Çərçivə”yə düşməyən zərbələr – 8:5
Bloklanan zərbələr – 0:1
Künc zərbələri – 4:11
Oyundankənar vəziyyət – 4:2
Sarı vərəqələr – 3:1
Qırmızı vərəqə – 0:1
Cərimə zərbələri – 18:11
