“Los Anceles Klippers” eyni gündə MBA-nin ən bəstəboy və ən hündür basketbolçuları ilə müqavilə imzalayıb. Komanda 168 sm boyu olan yaponiyalı oyunqurucu Yuki Kavmura və 226 sm boya malik mərkəz oyunçusu Camirion Şarpı heyətinə qatıb.
168 sm boyu olan Kavmura hazırda MBA-nin ən qısa basketbolçusudur. Yaponiyalı oyunçu ötən mövsüm “Çikaqo”nun heyətində 18 matçda orta hesabla 11,6 dəqiqə meydanda olub, 3,4 xal və 2,6 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin klubun G Liqasında orta hesabla 11 oyunda 18,7 xal, 5 ribaund və 11 məhsuldar ötürmə ilə çıxış edib.
226 sm boya malik Şarp isə MBA-nin ən hündür oyunçusudur. O, daha əvvəl “Dallas Maveriks”in formasını geyinib.
