2027-ci ildə Azərbaycan və Özbəkistanda təşkil ediləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatının daha 4 iştirakçısı müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, U-20-lərin KONKAKAF yarışından sonra yarımfinalçılar mundiala vəsiqə qazanıblar.

Finalda ABŞ-ni 2:0 hesabı ilə üstələyən Meksika yığması dünya çempionatı ilə yanaşı, 2028-ci il Yay Olimpiya Oyunlarına da vəsiqəni rəsmiləşdirib. Meksika ilə yanaşı, finalçı ABŞ, həmçinin yarımfinalda məğlub olan Kosta Rika və Kanada da U-20-lərin dünya çempionatına vəsiqə əldə ediblər.

Bununla mundialın 10 iştirakçısı dəqiqləşib. Adıçəkilən 4 yığma və ev sahibləri Azərbaycan və Özbəkistanla yanaşı, Almaniya, İspaniya, Ukrayna və Xorvatiya da dünya çempionatında mübarizə aparacaqlar.

Shares: