“Sumqayıt” komandası heyətinə yeni futbolçu cəlb edib.
Futbolinfo.az xəbər verir ki, bu barədə “Gənclik şəhəri” təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Kimyaçılar” braziliyalı yarımmüdafiəçi Renan Santana ilə müqavilə bağlayıb.
“Sumqayıt” klubu cari transfer dövründə Emil Mustafayev, Jeymes Almeyda, Jeam Oliveyra və Lukas Blakı da heyətinə qatmışdı.
