“Dinamo”nun baş məşqçisi İqor Kostyuk UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunundan öncə mətbuat konfransında iştirak edib.

Futbolindo.az xəbər verir ki, məşqçi Bakıda keçiriləcək qarşılaşma haqda gözləntilərini bölüşüb:

“Qarabağ”ı çox yaxşı tanıyırıq. Qurban Qurbanov uzun illərdir komandanı çalışdırır, avrokubok təcrübələri çoxdur. Balanslaşdırılmış heyətə malikdirlər. Bu da oyuna əlavə maraq qatır.

Şəhəriniz və insanlarınız da xoş təəssürat bağışladı. Ümumiyyətlə, Azərbaycan xalqının bizə münasibəti çox xoşdur. Bizə dəstəklərini yüksək qiymətləndiririk. Buna baxmayaraq, oyunun çox gərgin keçəcəyini deməliyəm”.

“Qarabağ” – “Dinamo” matçı avqustun 13-də, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Komandalar arasında Polşada baş tutan ilk görüşdə Ukrayna təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Shares: