34 yaşlı rusiyalı İslam Maxaçev və UFC-nin 77 kq çəki dərəcəsində reytinqin ilk pilləsində qərarlaşan irlandiyalı İen Qerri qarşıdakı döyüş öncəsi son dəfə üz-üzə gəliblər. UFC-nin yarımorta çəki dərəcəsinin hazırkı çempionu Maxaçevlə Qerrinin döyüşü avqustun 16-da ABŞ-nin Filadelfiya şəhərində keçiriləcək UFC-330 turnirində baş tutacaq.

Maxaçev hazırda UFC-də ardıcıl 16 qələbəlik seriyaya malikdir. Rusiyalı döyüşçünün ümumi rekordunda 28 qələbə və bir məğlubiyyət var. O, sonuncu döyüşünü UFC-322 turnirində Nyu-Yorkda avstraliyalı Cek Della Maddalena ilə keçirib və yarımorta çəki dərəcəsində çempionluq kəmərinin ortaya qoyulduğu qarşılaşmada hakimlərin yekdil qərarı ilə qalib gəlib.

Qerri isə son döyüşünü noyabrın 22-də Qətərdə keçirilən UFC turnirində keçirib və Fələstin əsilli amerikalı Belal Məhəmmədi hakimlərin yekdil qərarı ilə məğlub edib. İrlandiyalının peşəkar rekordunda 17 qələbə və bir məğlubiyyət var, qələbələrinin səkkizini vaxtından əvvəl əldə edib.

Shares: