“Milan” heyətinə daha bir futbolçu qatıb. İtaliya klubu “Strasburq”dan belçikalı Dieqo Moreyranı 50 milyon avroya transfer edib.
22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Moreyra “Milan”da 22 nömrəli formanı geyinəcək.
“Benfika”nın yetirməsi 2023-cü ildə “Çelsi”yə keçib və həmin ilin avqustunda London klubunun əsas komandasında debüt edib. Moreyra 2023/24 mövsümündə Lion “Olimpik”ində çıxış edib, 2024-cü ilin yayında isə “Strasburq”a keçib.
