“Botoşani”sinin futbolçusu Sebastian Maylatın “Neftçi”yə transferi baş tutmayıb.

Bu barədə Rumıniya klubun rəhbəri Valeriu İftime açıqlamasında deyib. O, vingerin komandada qalacağını bildirib.

Rumıniya mətbuatı bir müddət öndə “Neftçi”nin “Botoşani” ilə anlaşdığını və oyunçunun “Neftçi”yə qoşulacağını iddia etmişdi.

Maylat 2025-ci ildən “Botoşani”də çıxış edir. O, 42 oyunda 14 qol vurub.

Shares: