MBA-da çıxış edən “San Antonio Spörs”un mərkəz oyunçusu və lideri Viktor Vembanyama 22 yaşında Fransa millisinin kapitanı təyin olunub.

O, 2027-ci il dünya çempionatının seçmə mərhələsindən etibarən bu funskiyanı icra edəcək.

Viktor 2003-cü ildə Toni Parkerdən sonra millinin ən gənc kapitanı olub. Vembanyama bildirib ki, belə bir qərarın bu qədər tez veriləcəyini gözləmirmiş, lakin bunun tələsik addım olmadığını da vurğulayıb.

2025/2026 mövsümündə fransalı basketbolçu MBA tarixində yekdilliklə ilin ən yaxşı müdafiəçisi seçilən ilk oyunçu olub və MVP səsverməsində üçüncü yeri tutub. Həmin mövsümün finalında onun çıxış etdiyi “San Antonio Spörs” “Nyu-York Niks”ə seriyada 1:4 hesabı ilə məğlub olub.

Shares: