2008-ci il Pekin Olimpiadasında qızıl medal qazanan sabiq güləşçi və UFC-nin iki çəki dərəcəsində keçmiş dünya çempionu Henri Sexudo peşəkar boksda debüt edəcək.
Amerikalı döyüşçünün ilk rəqibi “Diin The Great” ləqəbi ilə tanınan bloger Nuriddin Şahid Şabazz olacaq.
Bu barədə döyüşü təşkil edən “Misfits Boxing” promouter şirkəti sosial şəbəkələrdə məlumat yayıb. Döyüş sentyabrın 26-da ABŞ-nin Mayami şəhərində keçiriləcək.
