“Sabah”ın qapıçısı Stas Pokatilov Qazaxıstan millisinə çağırılıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, 33 yaşlı qolkiper UEFA Millətlər Liqasında keçiriləcək oyunlar üçün hazırlanan ilkin heyətə salınıb. Onunla yanaşı, daha 4 qapıçıya dəvət göndərilib ki, onların hamısı Qazaxıstanda çıxış edənlərdir.

Qeyd edək ki, Qazaxıstan millisi sentyabrın 26-da Farer adaları, 29-da Slovakiya, oktyabrın 2-də isə Moldova ilə qarşılaşacaq.

Shares: