İranlı kürd döyüşçü Namo Fazil Dana Uaytın iddiaçılar turnirində Kayku Britoya qarşı keçirdiyi döyüşdən əvvəl çəkidə olarkən çeçen idmançıların hücumuna məruz qaldığını bildirib. Fazil üçüncü raundda nokautla uduzduğu görüşdə əvvəlki performansını göstərə bilməməsini bu hadisə ilə əlaqələndirib.

Döyüşçünün sözlərinə görə, qarşılaşmaya hazırlaşarkən çəkisini təxminən 14 kiloqram azaltmalı olub və artıq 10 kiloqramdan çox çəki atıb. O, oteldə son 3-4 kiloqramı salmağa çalışdığı vaxt otağına 15 nəfərin gəldiyini və onların hamısının çeçen olduğunu iddia edib.

Fazilin sözlərinə görə, həmin şəxslərdən biri ona iki dəfə sillə vurub və onu döyüşə çağırıb. Döyüşçü məşqçilərinin onu sakitləşdirdiyini, çeçenlərin isə başlayan qarşıdurmadan sonra oteldən qaçdığını bildirib. Hadisə yerinə polisin gəldiyini deyən Fazil başverənləri açıqlamaqda məqsədinin məğlubiyyətinə bəhanə gətirmək deyil, döyüş zamanı niyə ən yaxşı formasında olmadığını izah etmək olduğunu vurğulayıb.

Shares: