PSJ iki futbolçu ilə yolları ayırmağı düşünür. Fransa çempionu əsas heyətə düşməkdə çətinlik çəkən oyunçularını satmağı planlayır.
Futbolinfo.az xəbər verir ki, Lukas Şevalye və İlya Zabarnı baş məşqçi Luis Enrikenin gözündən düşüb. Onlar rəqabətə dözə bilmədiklərindən satılmaları lazım bilinib.
24 yaşlı Şevalye ötən yay “Lill”dən 40 milyon avroya transfer edilib. Canluici Donnarummanı əvəzləmək üçün gətirilən qapıçı Matvey Safonovun gölgəsində qalıb. 4 illik müqaviləsi qalan oyunçunun müştəriləri çox olsa da, tərəflər qiymətdə razılığa gələ bilmir.
Zabarnının da ankaşması 2030-cü ilin yayında bitəcək. Ötən mövsümün əvvəlində “Bornmut”dan 63 milyon avroya transfer edilən 23 yaşlı ukraynalı müdafiəçi yenidən İngiltərəyə can atır.
