“Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyonun zədəsi ciddidir. Onun bir müddət komandanın məşqlərindən kənar qalacağı gözlənilir.
Futbolinfo.az xəbər verir ki, klub həkimlərin yekun rəyini gözlədiyi üçün hələlik zədə haqqında rəsmi açıqlama verməyib. Tezliklə dəqiq diaqnoz qoyulacaq və 25 yaşlı brazilyalının dönüş tarixi dəqiqləşəcək.
Hələlik bəlli olan dayaq yarımmüdafiəçisinin “Tvente”yə qarşı Konfrans Lqasının cavab pley-off matçında da olmayacağıdır. Renaldo Sefas, Zəkəriyyə Savo və Elvin Cəfərquliyevlə müqayisədə onun durumu daha pisdir.
Xatırladaq ki, Bikalyo “Şamaxı”ya qarşı Premyer Liqanın ilk tur matçında zədələnib. Bu səbəbdən o, Niderlandda “Tvente”yə qarşı oynaya bilməmişdi.
