“Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində sabah cavab oyununa çıxacaq.

Futbolinfo.az xəbər verir ki, mütəxəssislər İsrail klubu “Hapoel”lə (Beer-Şeva) Bakıda keçiriləcək görüşdə Azərbaycan çempionuna şans vermir.

Əksəriyyət hesab edir ki, “Hapoel” ilk görüşdə olduğu kimi, cavab qarşılaşmasında da topa daha çox sahib olacaq. “Sabah” azarkeş dəstəyi ilə daha sürətli hücumlar qurmağa çalışacaq. Hər iki komandanın intizamlı oyunu pozmadan, müdafiədə etibarlı çıxış edərək mübarizə aparacağı gözlənilir.

Bu səbəbdən matçda çox qolun vurulacağı güman edilmir. Ekspertlər oyunun heç-heçə nəticələnəcəyini proqnozlaşdırıblar. Xüsusən də 1:1 hesabı güman edilir. Bu isə “Hapoel”i Çempionlar Liqasının Liqa mərhələsinə daşıyır.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

Shares: