Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyunlarına start veriləcək. İlk oyun günündə 3 qarşılaşma keçiriləcək.
“Sabah”ın Bakıda İsrailin “Hapoel” (Beer-Şeva) klubunu qəbul edəcəyi gün LASK “Seltik”lə, “Bodo-Qlimt” isə “Neymegen”lə üz-üzə gələcək. “Seltik” ilk oyunda 3:0, Norveç təmsilçisi isə 3:1 hesabı ilə qələbə qazanıb.
20:45. “Sabah” (Azərbaycan)– “Hapoel” (Beer-Şeva, İsrail)
İlk oyun – 1:2
23:00. LASK (Avstriya) – “Seltik” (Şotlandiya)
İlk oyun – 0:3
23:00. “Bodo-Qlimt” (Norveç) – “Neymegen” (Niderland)
İlk oyun – 3:1
Daha 4 oyun sabah baş tutacaq. Cütlərin qalibləri Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanacaqlar. Məğlub olan komandalar isə Avropa Liqasının əsas mərhələsində çıxış edəcəklər.
