Azərbaycan bocciaçısı Sona Ağayeva Cənubi Koreyanın paytaxtı Seulda keçiriləcək dünya çempionatında mübarizə aparacaq.
Bu barədə Futbolinfo.az-a Milli Paralimpiya Komitəsindən məlumat verilib.
Paralimpiyaçı turnirdə BC2 kateqoriyasında yer alacaq. Onu yarışda məşqçisi Elşən Məhərrəmov müşayiət edəcək.
Dünya çempionatı 27 avqust – 1 sentyabr aralığında baş tutacaq.
