Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.
Futbolinfo.az xəbər verir ki, bu gün bir oyun baş tutub.
“Rapid” evdə “Harts”la qarşılaşıb. Avstriya və Şotlandiya komandalarının cavab görüşü də ilk oyundakı kimi 2:2 hesabıyla bitib. Qalib penaltilər seriyasında müəyyənləşib. “Harts” əsas mərhələyə ilk vəsiqəyə sahib çıxıb.
Qeyd edək ki, bu oyunun baş hakimi Elçin Məsiyev olub.
Konfrans Liqası
Pley-offun cavab oyunları
26 avqust
Rapid (Avstriya) – Harts (Şotlandiya) 2:2, penaltilər 3:4 (ilk oyun 2:2)
