Qadın futbolçulardan ibarət Azərbaycan millisinin qapıçısı Mehriban Şahməmmədova özünə yeni klub tapıb.
Futbolinfo.az xəbər verir ki, 20 yaşlı qolkiper karyerasını yenidən Türkiyədə davam etdirəcək.
Son olaraq “ALG Spor”un formasını geyinən Şahməmmədova bir müddət klubsuz qalmışdı. O, “Kocaeli” klubunun şərəfini qoruyacaq. Yeni mövsümdə I Liqa çempionluğunu hədəfləyən “Kocaeli” qapı xəttini millimizin üzvü ilə gücləndirib.
Qeyd edək ki, Mehriban Şahməmmədova 2024-cü ildən əsas milliyə çağırılır.
