“Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməsi bəzi futbolçular kimi, cənubi afrikalı Eyden Makkartiyə də emosional anlar yaşadıb.
Futbolinfo.az xəbər verir ki, pley-off mərhələsində Beer-Şeva “Hapoel”i ilə cavab görüşündən sonra göz yaşlarını saxlaya bilməyən 22 yaşlı mərkəz müdafiəçisi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Makkarti uşaqlıq arzusunu gerçəkləşdirdiyini bildirib: “Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməklə arzum gerçəkləşdi. Allahın planını heç vaxt sorğulamayın! Səs-küyə fikir verməyin, başınızı aşağı salın və növbəniz gələndə hazır olun! Mümkünsüz heç nə yoxdur. Bunu Allah etdi”.
Qeyd edək ki, “Sabah” İsrail klubuna iki oyunun cəmində 6:4 hesabı ilə qalib gələrək (1:2, 5:2) əsas mərhələyə yüksəlib.
