UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün təsnifat mərhələsində “Sabah”ın uğurlu çıxışı statistik göstəricilərdə də əksini tapıb. Təmsilçimiz təsnifat mərhələsində vurulan qollar, qələbələrin, zərbələrin və qapıya dəqiq zərbələrin sayına görə bütün komandaları qabaqlayıb.

Çempionlar Liqasının təsnifat mərhələsində “Sabah”ın uğurlu statistikası:

Ən çox qələbə qazanan komanda: “Sabah” – 6

Ən çox qol vuran komanda: “Sabah” – 18

Qapıya ən çox zərbə endirən komanda: “Sabah” – 137

Ən çox künc zərbəsi vuran komanda: “Sabah” – 48

Qapı “çərçivə”sinə ən çox dəqiq zərbə vuran komanda: “Sabah” – 52

Bombardirlər: 1-ci yer – Velko Simiç (6), 2-ci yer – Coy-Lens Mikels (4, şərikli)

Ən çox qol ötürməsi edən oyunçu: Timoteuş Puxaç – 5

Shares: