Qadınlar arasında voleybol üzrə Avropa çempionatında növbəti turun oyunları keçirilib. Azərbaycan millisinin Belçikaya 0:3 hesabı ilə məğlub olduğu turda digər qruplarda da maraqlı nəticələr qeydə alınıb.

A qrupunda Sloveniya Latviyanı 3:2 hesabı ilə məğlub edib, Türkiyə isə Almaniyadan 3:1 hesabı ilə üstün olub. Bu nəticələrdən sonra Türkiyə 4 qələbə və 12 xalla qrupun lideridir, Polşa 3 qələbə və 9 xalla ikinci, Almaniya 2 qələbə və 6 xalla üçüncü, Sloveniya 2 qələbə və 5 xalla dördüncü, Latviya 1 xalla beşinci, xal qazanmayan Macarıstan isə sonuncudur.

B qrupunda Avstriya ilə Bolqarıstan arasındakı görüşdə qalib tay-breykdə müəyyənləşib və Bolqarıstan 3:2 hesabı ilə qələbə qazanıb. Serbiya isə Yunanıstanı 3:0 hesabı ilə məğlub edib. Serbiya 4 qələbə ilə 12 xal toplayaraq liderliyini qoruyur, Çexiya 9 xalla ikinci, Yunanıstan 8 xalla üçüncü, Bolqarıstan 5 xalla dördüncü, Ukrayna 4 xalla beşinci, sonuncu pillədə qərarlaşan Avstriya isə xal qazana bilməyib.

Millimizin C qrupundakı rəqibləri olan İspaniya Portuqaliyaya 1:3 hesabı ilə uduzub. Hazırda Belçika 4 qələbə və 11 xalla qrupda birinci, Niderland 3 qələbə və 8 xalla ikinci, Azərbaycan isə 3 qələbə və 8 xalla üçüncüdür. Portuqaliya 3 xalla dördüncü, Rumıniya 2 xalla beşinci, İspaniya isə 1 xalla sonuncu pillədə qərarlaşıb.

D qrupunda Fransa İtaliyaya 1:3 hesabı ilə məğlub olub, Slovakiya isə Monteneqronu 3:0 hesabı ilə üstələyib. İtaliya 5 qələbə və 15 xalla qrupun vahid lideridir, Fransa 9 xalla ikinci, İsveç 7 xalla üçüncü, Slovakiya 5 xalla dördüncü, Xorvatiya 3 xalla beşinci, Monteneqro isə 4 xalla altıncıdır.

Shares: