Çex tennisçilər Karolina Muxova ilə Yakub Menşik “US Open-2026” turnirinin qarışıq cütlüklər kateqoriyasında çempion olublar.
Çexiyalı duet finalda İsveçrə təmsilçisi Belinda Bençiç və italiyalı Flavio Kobollidən ibarət cütlüyü 6:3, 1:6, 10:6 hesabı ilə məğlub edib.
1 saat 12 dəqiqə davam edən görüşdə Muxova və Menşik 7 eys ediblər, 2 dəfə qoşa səhvə yol verib və qazandıqları 8 breyk imkanından yalnız birini reallaşdırıblar. Bençiç və Kobolli isə 1 eyslə yadda qalıb, 1 qoşa səhv edib və 10 breyk imkanından 2-sindən yararlanıblar.
Qeyd edək ki, ötən il qarışıq cütlüklərdə italiyalı Sara Errani – Andrea Vavassori cütü çempion olmuşdu.
